17 dekabr 2025. Çərşənbə

FIDE prezidenti şahmat tacı uğrunda görüşdə istifadə olunan lövhəni AŞF-yə hədiyyə edib


  • Offside
  • 18:45 05.05.2023
  • Oxunma sayı: 109
FIDE prezidenti şahmat tacı uğrunda görüşdə istifadə olunan lövhəni AŞF-yə hədiyyə edib

FIDE prezidenti Arkadi Dvorkoviç şahmat tacı uğrunda rusiyalı Yan Nepomnyaşi və çinli Din Liren arasında keçirilən çempionluq görüşünün 13-cü partiyasının keçirildiyi şahmat lövhəsini Azərbaycan Şahmat Federasiyasına (AŞF) hədiyyə edib.

Corner.az xəbər verir ki, taxtanın üzərində hər iki qrossmeysterin imzası var.

AŞF-nin prezidenti Mahir Məmmədov dəyərli hədiyyəyə görə, FIDE rəhbərinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Astanada keçirilən şahmat tacı uğrunda görüşdə qələbə qazanan Din Liren dünya çempionu olub.







Offside