17 dekabr 2025. Çərşənbə

DÇ: Bokçsularımızdan biri mərhələ adladı, digəri uduzdu


  • Offside
  • 20:14 05.05.2023
  • Oxunma sayı: 112
DÇ: Bokçsularımızdan biri mərhələ adladı, digəri uduzdu
Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında dünya çempionatı davam edir. Corner.az xəbər verir ki, mundialın 5-ci günündə Azərbaycan millisinin 2 idmançısı qüvvəsini sınayıb.
 
İlk döyüşdə Suleyman Samqhoulini (Mərakeş) məğlub edən Ümid Rüstəmov (57 kq) 1/16 finalda türkiyəli Batuhan Citfçi ilə üz-üzə gəlib. Görüş boksçumuzun qələbəsi ilə bitib. O, 5:2 (28:29, 29:28, 28:29, 29:28, 30:27, əlavə hakimlər 2:0) hesabı ilə qalib gəlib.
 
Rüstəmov 1/8 finalda Xavyer İbanes Diasla (Bolqarıstan) münasibətinə aydınlıq gətirəcək. Görüş mayın 7-də olacaq.
 
Murad Allahverdiyev (80 kq) isə ikinci döyüşünü qazaxıstanlı Nurbek Oralbaya qarşı keçirib. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb.
 
Mundialın 6-cı günündə millimizin boksçularından Nəbi İsgəndərov (67 kq) Ali Habibinejadla (İran) qarşılaşacaq.






Offside