17 dekabr 2025. Çərşənbə

FIDE prezidenti Vüqar Həşimov Şahmat Akademiyasında olub


  • Offside
  • 21:03 05.05.2023
  • Oxunma sayı: 78
FIDE prezidenti Vüqar Həşimov Şahmat Akademiyasında olub

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Vüqar Həşimov Şahmat Akademiyasında olub.

Azərbaycan Şahmat Federasiyasından (AŞF) Corner.az-a bildirilib ki, A.Dvorkoviç və FIDE-nin vitse-prezidenti, AŞF-in prezidenti Mahir Məmmədova Akademiyada görülmüş işlərlə bağlı ətraflı məlumat verilib, yeni layihələr və yarışların keçirilməsi barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda qonaqlar Vüqar Həşimov Muzeyi ilə tanış olublar.

FIDE-nin prezidenti xatirə kitabına ürək sözlərini yazıb.







Offside