İspaniya millisinin və “Barselona”nın sabiq müdafiəçisi Jerar Pike şəxsi həyatı ilə bağlı yenidən diqqətləri üzərinə çəkib. Corner.az saytı xəbər verir ki, 36 yaşlı futbolçu keçmiş həyat yoldaşı Şakirə ilə qalmaqal yaşayıb.
Cütlüyün ayrılmasından sonra Mayamiyə köçən Şakira övladlarını da özü ilə aparıb. Pike uşaqlarını ayda cəmi 10 gün görmək haqqına sahibdir.
Telemundo'nun xəbərinə görə, ulduz futbolçu övladlarını görmək üçün Mayamiyə yollanıb. Sabiq futbolçu Şakira ilə mübahisə başlayıb və bu zaman araya girən Şakiranın qardaşı Tonino ilə əlabəyaxa olub, hadisə daha da böyüyüb.
Hadisə yerinə gələn yerli polis onları güclüklə ayırıb. Ancaq bununla bağlı rəsmi qeydiyyat aparılmayıb.
Qeyd edək ki, Pike Şakiraya xəyanət etdiyi üçün cütlük boşanıb.