Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində yarımfinal oyunları keçirilib.
Corner.az xəbər verir ki, əvvəlcə Azərbaycan millisi Serbiya yığması ilə qarılaşıb.
Beş qolun qeydə alındığı oyun yığmamızın məğlubiyyəti ilə başa çatıb – 2:3.
Digər yarımfinal görüşündə isə Qazaxıstan və Çexiya yığmaları üz-üzə gəliblər. Məhsuldar keçən qarşılaşma çexlərin qələbəsiylə yekunlaşıb – 8:2.
Beləliklə, sabah baş tutacaq final matçında Serbiya və Çexiya yığmaları üz-üzə gələcəklər. Azərbaycan millisi isə 3-cü yer uğrunda matçda Qazaxıstanla münasibətlərinə aydınlıq gətirəcək.