27 noyabr 2024. Çərşənbə

Göygöldə keçiriləcək Avropa kubokunun püşkü atıldı


  • Offside
  • 09:35 06.05.2023
  • Oxunma sayı: 66
Göygöldə keçiriləcək Avropa kubokunun püşkü atıldı
Mayın 6-da Göygöldə start götürəcək cüdo üzrə yeniyetmələr arasında Avropa kubokunun püşkatma mərasimi keçirilib. Corner.az xəbər verir ki, tədbirdə Avropa Cüdo Birliyinin və Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmləri iştirak ediblər. 
 
Mərasimin əvvəlində ACF-in prezidentinin müşaviri Natiq Bağırov çıxış edərək bildirib ki, Göygöl Avropa kuboku Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Həmçinin, o göstərdikləri etimada görə Avropa Cüdo Birliyinə (EJU) təşəkkür edib və bütün idmançılara uğurlar arzu edib. 
 
EJU-nun idman komissarı Albert Gmeiner EJU-nun prezidenti Tot Laslo adından bütün iştirakçıları salamlayıb və turnirin gənc idmançıların karyeralarda böyük əhəmiyyət kəsb etdiyini və tədbirin təşkilində göstərilən səylərə görə ACF-ə minnətdarlığını bildirib. 
 
Daha sonra mərasimdə çıxış edən EJU-nun hakimlər üzrə komissarı Mətin Özkan bildirib ki, Göygöl Avropa Kubokunun görüşləri 15 hakim tərəfindən idarə olunacaq, turnir ədalətli və cüdo qaydalarına uyğun keçəcəkdir. 
 
6-7 mayda keçiriləcək Göygöl Avropa kubokunda 18 ölkədən 268 cüdoçu iştirak edəcək.






Offside