- Offside
- 22:48 26.11.2024
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan stolüstü tennis üzrə "Top-8" ölkə turniri başa çatıb.
Corner.az-ın məlumatına görə, "Şüa" idman kompleksində təşkil olunan şəxsi xarakterli yarışda kişilərdən Adil Əhmədzadə, Vəzir Allahverdiyev, Nihad Məmmədov, İbrahim Ansari, Xəyal Həşimli, Hilal Həsənov, Rüstəm Hacılı və Əliverdi Şahgəldiyev, qadınlardan isə Məryəm İmanova, Mərziyyə Nurmətova, Rüfət Əliyeva, Aylin Əsgərova, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Billurə Eminova və Arzu Aslanova çıxış edib.
Finalda Adil Əhmədzadəni məğlub edən Hilal Həsənov baş mükafata layiq görülüb. Vəzir Allahverdiyev üçüncü yeri tutub. Qadınların final qarşılaşmasında isə Mərziyyə Nurmətovaya qalib gələn Məryəm İmanova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlk "3-lüy"ü Aylin Əsgərova qapayıb.
Qeyd edək ki, "Top-8" turnirində son ölkə kuboku yarışını ilk 8-likdə başa vuran idmançılar iştirak ediblər. Mükafatçılara Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunub.