26 oktyabr 2024. Şənbə

Gəncə pley-off seriyasına qələbə ilə başladı


  • Offside
  • 22:11 06.05.2023
  • Oxunma sayı: 70
Gəncə pley-off seriyasına qələbə ilə başladı

Azərbaycan Basketbol Liqasının (ABL) pley-off mərhələsində növbəti yarımfinal oyunu keçirilib.

Corner.az-ın məlumatına görə, ikinci yarımfinal seriyasının ilk görüşündə NTD və "Gəncə" komandaları üz-üzə gəliblər.

"Sərhədçi" İdman Mərkəzində baş tutan qarşılaşma "Gəncə" basketbolçularının inamlı qələbəsi ilə yekunlaşıb - 101:73. Bu qalibiyyət sayəsində "Gəncə" seriyada 1:0 hesabı ilə önə keçib.

Ən məhsuldar basketbolçular NTD-dən Brayson Robinson (14 xal, 6 ribaund), "Gəncə"dən isə Ceylen Qeddi (34 xal, 7 ribaund) olublar.

Qeyd edək ki, seriyanın ikinci matçı mayın 10-da Gəncədə təşkil ediləcək.







Offside