Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirinə yekun vurulub.
Corner.az xəbər verir ki, bu gün həlledici oyunlar keçirilib.
Əvvəlcə Azərbaycan millisi üçüncü yer uğrunda oyunda Qazaxıstan yığmasıyla qarşılaşıb. Əsas vaxtı 2:2 hesabıyla başa çatan matçın taleyini penalti zərbələri həll edib. “Lotoreya”da daha dəqiq olan qazaxlar bürünc medallara sahib çıxıblar.
Final matçında isə Serbiya və Çexiya yığmaları üz-üzə gəliblər. Rəqibini 4:3 hesabıyla məğlub edən Çexiya millisi çempion olub. Serblər gümüş medallarla kifayətləniblər.