27 noyabr 2024. Çərşənbə

DÇ-nin püşkü atıldı, ilk rəqiblər bilindi


  • Offside
  • 00:46 07.05.2023
  • Oxunma sayı: 56
DÇ-nin püşkü atıldı, ilk rəqiblər bilindi
Qətərin paytaxtı Dohada cüdo üzrə böyüklər arasında dünya çempionatının püşkatma mərasimi keçirilib. Corner.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri məlum olub.
 
Azərbaycan yığması mundialda 9 çəki dərəcəsində 9 kişi və 4 qadın ilə təmsil olunacaq.
 
Çempionatın fərdi yarışları 7-13 mayda, komanda yarışları isə 14 mayda keçiriləcək.
 
Qadınlar
 
-48 kq
Leyla Əliyeva - Aksoltan Hajaqeldiyeva (Türkmənistan) / Raquel Brito (Portuqaliya) görüşünün qalibi
Könül Əliyeva - Qaliya Tınbayeva (Qazaxıstan)
 
-52 kq
Gültac Məmmədəliyeva - Sofia Fiora (Argentina) / Cenifer Eriyen (Haiti) görüşünün qalibi
Aydan Əliyeva - Erza Muminovyo (Kosova)
 
Kişilər
 
-60 kq
Balabəy Ağayev - Frac Duibi (Tunis)
Turan Bayramov - Yohan Rohas (Kolumbiya)
 
-66 kq
Orxan Səfərov - Ahmed Abdelrahman (Misir) / Daikli Bouba (Fransa) görüşünün qalibi
 
-73 kq
Hidayət Heydərov - Adil Osmanov (Moldova) / Martin Hojak (Sloveniya) görüşünün qalibi
 
-81 kq
Səid Mollayi - Aleks Barto (Slovakiya) / Fransua Qotyer Drapau (Kanada) görüşünün qalibi
 
-90 kq
Məmmədəli Mehdiyev - Kevin Budayin (Kamerun)
Murad Fətiyev - Aleks Kret (Rumıniya)
 
-100 kq
Zelim Kotsoyev - Aleksandar Kukolya (Serbiya) / Akobir Abubakri (Tacikistan) görüşünün qalibi
 
+100 kq
Uşanqi Kokauri - Kodi Andrevs (Yeni Zelandiya)






Offside