Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan cüdo üzrə yeniyetmələr arasında Avropa kubokuna yekun vurulub.
Corner.az xəbər verir ki, 6-7 may tarixlərində Göygöl Olimpiya İdman Kompleksində keçirilən yarışda Azərbaycan cüdoçuları 7 qızıl, 5 gümüş, 9 bürünc medal əldə edib.
Cüdoçularımız turnirin ilk günündə 6 qızıl, 5 gümüş və 5 bürünc medal, ikinci günündə isə 1 qızıl və 4 bürünc medala sahib olub. Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri, qızlar arasında isə 2-ci yeri tutub.
İkinci günün medalçılarını təqdim edirik:
Oğlanlar
-81 kq
Hüseyn Eyvazlı bürünc medal
-90 kq
Tuncay Şamil bürünc medal
+90 kq
Ramazan Əhmədov qızıl medal
Rəsul Şəmədli bürünc medal
Eldar Əliyev bürünc medal