27 mart 2026. Cümə

Azərbaycan cüdoçuları Parisdən 4 medalla qayıdır


  • Offside
  • 10:44 08.05.2023
  • Oxunma sayı: 119
Azərbaycan cüdoçuları Parisdən 4 medalla qayıdır
Fransanın paytaxtı Paris şəhərində keçirilən gənclər arasında Avropa kubokuna yekun vurulub. Corner.az xəbər verir ki, Azərbaycan cüdoçuları yarışın ilk günündə 1 qızıl və 1 bürünc medal qazanmışdılar.
 
Turnirin ikinci günündə isə -81 kq çəkidə Ömər Rəcəbli gümüş medal qazanıb. +100 kq çəkidə yarışan Kənan Nəsibov isə qızıl medal əldə edib.
 
Beləliklə, cüdoçularımız turnirdə ümumilikdə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq oğlanlar arasında ikinci, ümumi komanda hesabında üçüncü yeri tutub.






Offside