27 mart 2026. Cümə

Dünya seriyasına uğurlu start


  • Offside
  • 19:05 08.05.2023
  • Oxunma sayı: 133
Dünya seriyasına uğurlu start
Argentinanın paytaxtı Buenos-Ayresdə çimərlik güləşi üzrə dünya seriyasının ilk mərhələsi start götürüb. Corner.az xəbər verir ki, dünən qruplarda ilk 2 turun görüşləri keçirilib.
 
70 kq
Ramiz Həsənov B qrupunda Vilfrido Esteban Samanieqo (Panama) və Con Vilmer Karrenoya (Peru) 3:0 hesabıyla qalib gəlib. Həsənov sonuncu turda Vilfredo Aqusto Rodrigeslə (Venesuela) qarşılaşacaq.
 
90 kq
İbrahim Yusubov A qrupunda Yonas Van Kaenegemə (Belçika) 3:0 və Xristos Samartsidisə (Yunanıstan) 3:2 hesabıyla qalib gəlib. Yusubov sonuncu turda Elton Aleksandr Morrisonla (Panama) üz-üzə gələcək.
 
+90 kq
Oyan Nəzəriani Axilles Xrisidisə (Yunanıstan) 3:0 hesabıyla qalib gəlib, Xose Daniel Roberttiyə (Venesuela) 0:2 hesabıyla məğlub olub. Nəzəriani sonuncu turda Nikolas Enzo Baezlə (Argentina) güləşəcək.






Offside