"Barselona” və “Arsenal” sabiq futbolçusu Mark Overmars infarkt keçirdikdən sonra vəziyyəti barədə açıqlama verib. Corner.az xəbər verir ki, 50 yaşlı mütəxəssis ürəyindən ciddi xəsarət aldığını və bundan sonra tam sağalacağına inanmadığını söyləyib:
“Çox danışanda nəfəsim kəsilir. Diqqət cəmləmək enerji tələb edir. Ürəyim 45 faiz ölüb. Bundan tam sağalmaq mümkün deyil. Amma xoşbəxt insanam. Heç nə etməməkdənsə, burada ölməyi üstün tuturam”.
Qeyd edək ki, niderlandlı mütəxəssis ötən ilin martında Belçikanın “Antverpen” klubunda texniki direktoru idi. O, əvvəllər “Ayaks”da bənzər vəzifəni icra edib.