Meksika millisinin sabiq qapıçısı Antonio Karbayal vəfat edib. Corner.az xəbər verir ki, keçmiş futbolçu 93 yaşında dünyasını dəyişib.
Karbayal beş dünya çempionatında iştirak edən ilk oyunçu kimi adını tarixə yazdırıb.
O, “Leon” klubunun heyətində iki dəfə Meksika çempionu olub, bir dəfə isə ölkə kubokunu qazanıb.