23 noyabr 2024. Şənbə

Əliyev 1/8 finalda, Məmmədli uduzdu - Avropa Oyunları


  • Offside
  • 17:37 21.06.2019
  • Oxunma sayı: 572
Əliyev 1/8 finalda, Məmmədli uduzdu - Avropa Oyunları

İkinci Avropa Oyunlarında boks yarışlarına start verilib. 

Corner.az xəbər verir ki, bu gün Belarusun paytaxtı Minskdə açılışı olan yarışda Azərbaycan yığmasının iki boksçusu rinqə çıxıb.

56 kq çəkidə mübarizə aparan Tayfur Əliyev 1/16 finalda Boyan Asenovla (Bolqarıstan) qarşılaşıb və 3:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. Əliyev 1/8 finalda ukraynalı Nikola Butsenko ilə qarşılaşacaq. Bu görüş iyunun 24-də keçiriləcək.

Millimizin digər üzvü Rahil Məmmədli (91 kq) də ilk qarşılaşmasına çıxıb. 1/16 finalda  bolqarıstanlı Radoslav Panteleyevlə üz-üzə gələn təmsillçimiz döyüşdən məğlub ayrılaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, bu gün digər boksçumuz  Məhəmməd Abdullayev (+91 kq) də rinqə çıxacaq.







Offside