Bu gün Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, Azərbaycan milli komandasının sabiq üzvü, Pro kateqoriyalı mütəxəssis Mahmud Qurbanovun 50 yaşı tamam olur.
Corner.az xəbər verir ki, onu bu münasibətlə AFFA da təbrik edib.
Belə ki, baş katib Sərxan Hacıyev yubilyarla görüşərək 50 illik yubileyi münasibətilə AFFA rəhbərliyi adından hədiyyə təqdim edib.