26 oktyabr 2024. Şənbə

Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir keçiriləcək


  • Offside
  • 20:11 10.05.2023
  • Oxunma sayı: 75
Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir keçiriləcək

Bakıda tələbələr arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq basketbol turniri keçiriləcək.

Federasiyadan Corner.az-a verilən məlumata görə, mayın 11-dən 15-dək təşkil olunacaq yarışda əcnəbilərlə yanaşı, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri də iştirak edəcəklər.

Komandalar hər birində dörd olmaqla iki qrupa bölünüb. İlk iki yeri tutmuş kollektivlər yarımfinala vəsiqə qazanacaqlar.

A qrupu
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
Leninqrad Dövlət Universiteti
Süleyman Dəmirəl Universiteti
Akaki Tsereteli Dövlət Universiteti

B qrupu
Azərbaycan Texniki Universiteti
Özbəkistan Dövlət Bədən Tərbiyəsi və İdman Universiteti
Yanka Kupala Qrodno Dövlət Universiteti
Türkmənistan Tələbə Komandası

Qeyd edək ki, turnirin oyunları "Sərhədçi" İdman Mərkəzində baş tutacaq.







Offside