26 oktyabr 2024. Şənbə

Krivotsyuk'lu Daejeon evdə qalib gəldi


  • Offside
  • 23:09 10.05.2023
  • Oxunma sayı: 69
Krivotsyuk'lu Daejeon evdə qalib gəldi
Futbol üzrə Cənubi Koreya çempionatında 12-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Suvon”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan çətin qələbə ilə ayrılıb - 2:1.
 
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
“Daejeon” hazırda 21 xalla 3-cü pillədə qərarlaşıb.






Offside