- Offside
- 22:39 26.03.2026
İki paraatletimiz İtaliyanın Cesolo şəhərində keçiriləcək Qran-Pri yarışında iştirak edəcək.
Azərbaycan Milli Paralimpiya Komitəsindən Corner.az-a bildiriblər ki, atletika üzrə Paralimpiya çempionları Orxan Aslanov və Lamiyə Vəliyeva adıçəkilən turnirdə mübarizə aparacaqlar.
Turnir mayın 12-dən 15-dək keçiriləcək.
Qeyd edək ki, Qran-Pri bu ilin iyulunda Parisdə keçiriləcək dünya çempionatına lisenziya qazandırır.