Çimrəlik futbolu üzrə yığma komandalar arasında Polşada keçiriləcək Avropa Oyunlarının püşkatma mərasimi təşkil olunub. Corner.az xəbər verir ki, Azərbaycan millisinin də Krakov-2023-dəki rəqibləri bəlli olub.
A qrupunda yer alacaq komandamız Polşa, Portuqaliya və İspaniya ilə qarşılaşacaq.
Qeyd edək ki, üçüncü dəfə təşkil olunacaq Avropa Oyunları 21 iyun – 2 iyul aralığında keçiriləcək. Yarış ilk dəfə 2015-ci ildə Bakıda olub.