- Offside
- 22:39 26.03.2026
Azərbaycanın su polosu üzrə yeniyetmələrdən ibarət müxtəlif yaş qruplarında komandaları Misirin paytaxtı Qahirədə keçirilən klublararası beynəlxalq turnirdə uğurla çıxış ediblər.
Corner.az Azərbaycan Üzgüçülük Federasiyasına istinadla xəbər verir ki, 2009-2010-cu il təvəllüdlü idmançılardan ibarət komandamız bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olub.
2008-ci il təvəllüdlü yeniyetmələrdən ibarət komandamız isə yarışın gümüş mükafatını əldə edib.