17 dekabr 2025. Çərşənbə

İraq millisi Rusiya ilə yoldaşlıq görüşündən imtina etdi


  • Offside
  • 17:25 11.05.2023
  • Oxunma sayı: 99
İraq millisi Rusiya ilə yoldaşlıq görüşündən imtina etdi
İraq millisi Rusiya ilə keçiriləcək yoldaşlıq görüşündən imtina edib. Corner.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
 
Məlumatda, komandanın sentyabrda ruslarla yoxlama oyunu keçirməyəcəkləri vurğulanıb. İraq Futbol Federasiyası əvvəlcə sentyabrın 7-də komandalar arasında matçın keçirilməsi imkanını araşdırıb, lakin sonda imtina edib.
 
İraqlılar dörd komandadan ibarət yoldaşlıq turnirində iştirakı üstün tutublar. Həmin vaxt İraq, İordaniya, Qətər və İranın iştirakı ilə qarşılaşmalar olacaq.
 






Offside