Boks üzrə Azərbaycan millisinin üzvü Alfonso Dominqes Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında uğurlu çıxışını davam etdirir. Corner.az saytı xəbər verir ki, 86 kq çəki dərəcəsində mübarizə aparan 27 yaşlı idmançı finala yüksəlib.
Kuba əsilli boksçu yarımfinalda gürcüstanlı Georgi Kuşitaşvilidən güclü olub. Hər üç raundda rəqibini üstələyən Olimpiya mükafatçısı 5:0 hesablı (29:28, 29:28, 30:27, 30:27, 30:27) qələbə qazanıb. Dominqes mayın 14-də final döyüşünə çıxacaq.
Qeyd edək ki, bu gün Azərbaycan millisinin digər boksçusu Məhəmməd Abdullayev (+92 kq) yarımfinalda kubalı Fernando Lopes Arzola qarşılaşacaq.