27 noyabr 2024. Çərşənbə

Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitəsinin 43-cü seminarında iştirak edir


  • Offside
  • 17:10 12.05.2023
  • Oxunma sayı: 83
Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitəsinin 43-cü seminarında iştirak edir

Parisdə Avropa Olimpiya Komitəsinin (AOK) 43-cü seminarı start götürüb.

Corner.az xəbər verir ki, tədbirdə Azərbaycan nümayəndə heyətini Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və Xarici əlaqələr departamentinin müdiri Anar Bağırov təmsil edirlər.

Avropa İdman Həftəsi çərçivəsində təşkil olunan seminarda AOK-un 2030-cu ilədək strateji gündəliyinin hazırlanması istiqamətində əldə edilmiş irəliləyişlər və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Tədbir çərçivəsində “Krakov-2023” Avropa Oyunları, “Maribor-2023” Avropa Gənclərinin Olimpiya Festivalı, “Paris-2024” Yay Olimpiya Oyunları və “Milano-2026” Qış Olimpiya Oyunlarına dair fəaliyyət planı Təşkilat komitələri tərəfindən təqdim olunaraq müzakirələr aparılıb.

Əlavə olaraq, seminar çərçivəsində “İdmanda davamlılıq”, “Gender bərabərliyi”, “Cəmiyyətə idmanın təsiri və sosial inteqrasiya”, “İdmanda yüksək texnologiyalar” mövzularında müzakirələr olub.

Həmçinin seminar çərçivəsində qış idman növləri üzrə VIII “Pyotr Nurovski – Avropanın ən yaxşı gənc idmançısı” mükafatının qalibi müəyyənləşəcək.







Offside