27 noyabr 2024. Çərşənbə

Taekvondoçularımız Multi Avropa Oyunlarını altı medalla başa vurublar


  • Offside
  • 13:12 13.05.2023
  • Oxunma sayı: 72
Taekvondoçularımız Multi Avropa Oyunlarını altı medalla başa vurublar

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda gənc və yeniyetmə taekvondoçular arasında Multi Avropa Oyunlarına yekun vurulub. Yarışın ikinci günü dayanq üzərinə yeniyetmə idmançılar çıxıblar.

Corner.az Azərbaycan Taekvondo Federasiyasına istinadla xəbər verir ki, Rəşad Məmmədovun rəhbərlik etdiyi yığmamız yarışda 2 qızıl və 1 gümüş medal qazanıb. Bütün rəqiblərinə qalib gələn İlyas Hətəmli (160 sm) və Şəms Əlizadə (160 sm) çempion tituluna yiyələnib. Yalnız finalda komanda yoldaşına məğlub olan Novruz Əliyev gümüş medala layiq görülüb.

Azərbaycan yeniyetmələrin yarışında ümumi hesabda oğlanlar arasında ikinci, qızların mübarizəsində üçüncü olub.

Beləliklə, milli komandamız Multi Avropa Oyunlarını 6 medalla bitirib. Yarışın ilk günü Məmməd Abdullayevin rəhbərliyi etdiyi yığmanın heyətində Məhəmməd Həsənli (48 kq) ikinci, Hüseyn Xudiyev (78 kq) və Ruslan Həsənzadə (+78 kq) isə üçüncü yeri tutublar.







Offside