- Offside
- 22:48 26.11.2024
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı silsilə tədbirlər çərçivəsində mayın 13-də Azərbaycan Velosiped Federasiyası (AVF), Bakı Nəqliyyat Agentliyi (BNA) və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş veloyürüş keçirilib.
Federasiyadan Corner.az-a verilən məlumata görə, AVF-nin idmançıları, BNA-nın əməkdaşları və Nəqliyyat könüllülərinin iştirak etdiyi veloyürüşə Dənizkənarı Milli Parkın ərazisində yerləşən “Dəniz Mall” ticarət və əyləncə mərkəzinin qarşısından start verilib.
Ümumilikdə 50-ə yaxın iştirakçı Dənizkənarı Milli Parkın ərazisi ilə hərəkət edərək “Suraxanı” gəmi-muzeyinin qarşısından geri dönüb, start yerində yürüşü başa vurublar.
Qeyd edək ki, veloyürüşün keçirilməsində məqsəd müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etmək və ictimaiyyətdə ekoloji sağlam nəqliyyat vasitəsi olan velosipedə marağı daha da artırmaqdır.