- Offside
- 23:58 22.11.2024
Güllə atıcılığı üzrə Azərbaycan millisinin üzvləri Nigar Nəsirova və Ruslan Lunyov “Minsk 2019” II Avropa Oyunlarında debüt ediblər.
Corner.az-ın məlumatına görə, onlar pnevmatik tapançadan 10 metr məsafəyə qarışıq komanda yarışında qüvvələrini sınayıblar. 27 cütlüyün mübarizə apardığı təsnifat mərhələsində Azərbaycan idmançıları 566 xalla 19-cu yeri tutublar.
Qeyd edək ki, ilk 8 yeri tutan komandalar növbəti raunda yüksəlib.