- Offside
- 23:59 16.12.2025
Azərbaycan para-üzgüçüsü Raman Saley Almaniyanın paytaxtı
Berlində keçirilən para-üzgüçülük üzrə dünya seriyası yarışında gümüş medal
qazanıb.
Milli Paralimpiya Komitəsindən "Corner.az"a verilən məlumata
görə, Tokio-2020 Yay Paralimpiya Oyunlarının üçqat qalibi 100 metrəyə arxasıüstə
üsulu ilə üzmədə 01.01.09 nəticə göstərib.
29 yaşlı idmançı bu nəticə ilə ikinci yeri tutub.
Qeyd edək ki, dünya seriyasında üç idmançı ilə təmsil olunan
Azərbaycan millisi ümumilikdə 4 gümüş medal qazanıb.