26 oktyabr 2024. Şənbə

Olimpiya mükafatçılarında dopinq pozuntusu: UZAQLAŞDIRILDILAR


  • Offside
  • 16:13 15.05.2023
  • Oxunma sayı: 86
Olimpiya mükafatçılarında dopinq pozuntusu: UZAQLAŞDIRILDILAR
Ağır atletika üzrə Olimpiya mükafatçıları Dmitri Vyaçeslavoviç Klokov və Zabolotnaya dopinq pozuntusuna görə diskvalifikasiya ediliblər.

Corner.az xəbər verir ki, bu barədə Rusiya Ağır Atletika Federasiyası məlumat yayıb. 
Dmitri Klokov dörd il (11 may 2027-ci ilə qədər), Natalya Zabolotnaya iki il müddətinə (6 fevral 2024-cü ilə qədər) diskvalifikasiya edilib. 

Onu da qeyd edək ki, idmançılar 2008-ci ildə Pekində, 2012-ci ildə isə Londonda keçirilən Olimpiya Oyunlarının gümüş mükafatçılarıdır. 
Onlardan əlavə, daha dörd ağırlıqqaldıran da diskvalifikasiya edilib: dünya çempionu Apti Auxadov, dünya çempionu Svetlana Tsarukaeva, Olqa Zubova və Gənclər Olimpiadasının mükafatçısı Aleksey Kosov.

Aytəkin Cəlali






Offside