26 oktyabr 2024. Şənbə

17-ci dəfə Azərbaycan çempionu: Araz-Naxçıvan


  • Offside
  • 20:28 15.05.2023
  • Oxunma sayı: 88
17-ci dəfə Azərbaycan çempionu: Araz-Naxçıvan
Futzal üzrə Azərbaycan Yüksək Liqasında 2022/2023 mövsümünün qalibi bəlli olub.

 Corner.az xəbər verir ki, finalda "Araz-Naxçıvan" və "Neftçi" komandaları qarşılaşıblar. Bakı İdman Sarayında keçirilən oyun Naxçıvan təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, "Araz Naxçıvan" tarixində 17-ci dəfə Azərbaycan çempionu olub.

"Baku Fire" isə 3-cü yer uğrunda oyunda "Record club"u 23:3 hesabı ilə məğlub edərək bürünc medallara sahib olub.






Offside