26 oktyabr 2024. Şənbə

Mövsümün qalibləri mükafatlandırıldı


  • Offside
  • 22:30 15.05.2023
  • Oxunma sayı: 99
Mövsümün qalibləri mükafatlandırıldı
“Araz Naxçıvan”la “Neftçi” İK arasında baş tutan final oyunu başa çatdıqdan sonra Yüksək Liqanın 2022/23-cü il mövsümünü ilk 3 pillədə başa vuran komandalar mükafatlandırılıb.
 
Corner.az xəbər verir ki, əvvəlcə final oyununun hakimləri – Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılov fəxri kürsüyə dəvət olunub. Ardınca hakim-inspektor Murad Məmmədova diplom verilib.
 
“Araz Naxçıvan”a qış fasiləsində transfer olunsa da, 12 oyunda vurduğu qolların sayına görə hamını üstələyən Nata Felipe çempionatın bombardiri olub. “Araz Naxçıvan”dan Emin Kürdov ən yaxşı qapıçı, “Neftçi”dən Namiq Məmmədkərimov ən yaxşı oyunçu, “Baku Fire”in çalışdırıcısı Teymur Eyvazov isə ən yaxşı baş məşqçi seçilib.
 
“Baku Fire”ə bürünc, “Neftçi” İK-ya gümüş, “Araz Naxçıvan”a isə Yüksək Liqanın 2022/23-cü il mövsümünün qalibi kimi qızıl medal, eləcə də komandaların hər birinə müvafiq diplomlar verilib. Sonda “Araz Naxçıvan”a çempionluq kuboku təqdim olunub.
 
Mükafatları Azərbaycan Futzal Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov, AFFA-nın baş katibi Sərxan Hacıyev və Neftçi İdman Klubu İB-nin idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov təqdim ediblər.






Offside