26 oktyabr 2024. Şənbə

Emil Mustafayevdən iki məhsuldar ötürmə


  • Offside
  • 00:07 16.05.2023
  • Oxunma sayı: 67
Emil Mustafayevdən iki məhsuldar ötürmə
Ukrayna Premyer Liqasında 26-cı turun oyunları keçirilib.
 
Corner.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv “Kolos”un qonağı olub. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
 
Mustafayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib. Komandasının vurduğu hər iki qolun məhsuldar ötürməsinin müəllifi Emil olub.
 
“Aleksandriya” hazırda 42 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb






Offside