26 oktyabr 2024. Şənbə

İsrail çempionatında mövsümün qalibi BƏLLİ OLDU


  • Offside
  • 00:11 16.05.2023
  • Oxunma sayı: 81
İsrail çempionatında mövsümün qalibi BƏLLİ OLDU
Futbol üzrə İsrail çempionatında 2022/2023 mövsümünün qalibi müəyyənləşib.

Corner.az xəbər verir ki, "Makkabi" (Hayfa) klubu sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib.

Hayfa təmsilçisi buna səfərdə "Netanya"nı 5:1 hesabı ilə darmadağın etməklə nail olub. Bu qələbə ilə xallarını 78-ə çatdıran komanda ən yaxın izləyicisi "Hapoel" (Beer-Şeva) klubunu 7 xal qabaqlayır.

Qeyd edək ki, bu, "Makkabi"nin ardıcıl 3-cü liqa çempionluğudur.






Offside