26 oktyabr 2024. Şənbə

Azərbaycan basketbol tarixində bir ilk


  • Offside
  • 11:25 16.05.2023
  • Oxunma sayı: 109
Azərbaycan basketbol tarixində bir ilk
Azərbaycan basketbol tarixində yeni bir ilk yaşanacaq 

Corner.az xəbər verir ki, 20-21 may tarixlərində Astara şəhərində qadınlar arasında 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları baş tutacaq. 3x3 qadın milli komandamızla yanaşı ikisi klub komandası olmaqla ümumilikdə 12 komanda yarışda iştirak edəcək.

İştirakçı komandaları sizlərə təqdim edirik. Almaniya, Çin, Polşa, Misir, Çexiya, Macarıstan, Rumıniya, Ukrayna və Avstriya 3x3 qadın yığma komandaları, Çinin "Yuanda" və yerli təmsilçimiz "Neftçi" klubu da Dünya Qadın Seriyasında mübarizə aparacaqlar

 Qeyd edək ki, 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları Astara şəhər bulvarında keçiriləcək və CBC Sport telekanalı vasitəsilə basketbol sevərlərə təqdim olunacaq. 








Offside