26 oktyabr 2024. Şənbə

Azərbaycanlı hakimə beynəlxalq təyinat


  • Offside
  • 15:44 16.05.2023
  • Oxunma sayı: 107
Azərbaycanlı hakimə beynəlxalq təyinat

Azərbaycanlı hakim Elçin Məsiyev yeni təyinat alıb.

 

Corner.az xəbər verir ki, FIFA referisi növbəti dəfə beynəlxalq oyun idarə edəcək.


Məsiyev 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında keçiriləcək Avropa çempionatının final mərhələsinin Şotlandiya - Fransa görüşündə fit çalacaq.

Sabahkı qarşılaşmada ona Elşad Abdullayev və yunanıstanlı yan xətt hakimi Konstandinos Psarris kömək edəcəklər.

 

Qeyd edək ki, UEFA U-17 Avropa çempionatının final mərhələsi mayın 17-dən iyunun 2-dək Macarıstanda təşkil olunacaq.







Offside