26 oktyabr 2024. Şənbə

Bakıdakı dünya çempionatına qatılacaq idmançı sayı AÇIQLANDI


  • Offside
  • 16:11 16.05.2023
  • Oxunma sayı: 93
Bakıdakı dünya çempionatına qatılacaq idmançı sayı AÇIQLANDI
Bu il Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatına qeydiyyatdan keçən ölkələrin sayı açıqlanıb.
 
Corner.az xəbər verir ki, 145 ölkədən 933 idmançı qeydiyyatdan keçərək, öz iştiraklarını təsdiqləyiblər. Onu da qeyd edək ki, 2022-ci ildə Meksikada baş tutan sonuncu çempionatda 120-dən çox ölkədən 756 idmançı qeydiyyatdan keçib.
 
Yarışla bağlı Azərbaycana 2000-ə qədər qonağın gəlişi nəzərdə tutulur.
 
Xatırladaq ki, yarış 29 may – 4 iyun aralığında Bakı Kristal Zalında baş tutacaq. Giriş pulsuzdur.








Offside