- Offside
- 22:48 26.11.2024
Buxarestdə “Supebet Chess Classic Romania” şahmat turniri
başa çatıb.
Corner.az xəbər verir ki, “Grand Chess Tour – 2023” çərçivəsində
keçirilən ilk turnirin qalibi Fabiano Karuana olub.
Əslən italiyalı olan amerikalı qrossmeyster 9 tura 5,5 xal
toplayaraq rəqibləri üçün əlçatmaz olub. Hərəyə 5 xal toplayan Əlirza Feruzca,
Uesli So, Rixard Rapport və Aniş Giri 2-5-ci yerləri toplayıb.
Maraqlıdır ki, ötən ay Astanada Şahmat Tacı uğrunda yarışda
üz-üzə gələn Dinq Lirenlə Yan Nepomnyaşi yarışı aşağı səviyyədə keçirib. 17-ci
dünya çempionu adını qazanan Liren 4 xal yığaraq 10 şahmatçı arasında 8-ci yeri
tutub. Nepomnyaşi isə 3,5 xalla 9-cu pillədə qərarlaşıb.