- Offside
- 22:48 26.11.2024
Bu gün Astanada Qazaxıstanın olimpiya və dünya çempionu
Jaksılık Uşkempirovun xatirəsinə güləş üzrə gənclər arasında (U-20) beynəlxalq
turnirə start verilib.
Corner.az xəbər verir ki, ilk yarış günündə 55, 63, 72, 82 və
97 kq-da finalçılar müəyyənləşib.
Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla
Turac Hüseynlinin rəhbərliyi altında memorialda iştirak edən millimizin üzvlərindən
Ruslan Nurullayev (72 kq) və İsmayıl Rzayev (82 kq) finala yüksəlib. Fərid
Sadıxlı (55 kq) və Məhəmməd Qasımzadə (63 kq) isə bürünc medal uğrunda güləşəcək.
Bu çəkilərdə həlledici görüşlər sabah keçiriləcək. Həmçinin
sabah 60, 67, 77, 87 və 130 kq-da mübarizəyə start veriləcək.
Qeyd edək ki, ənənəvi yarışda beynəlxalq dərəcəli hakim Əli
Babayev ədaləti qoruyur.