- Offside
- 22:48 26.11.2024
"Fənərbaxça" ciddi itki ilə üzləşib.
Corner.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Osayi Samuel sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məşqdə zədələnən futbolçunun iki oyunu buraxacağı bildirilib. O, Superliqada "Trabzonspor" və Türkiyə kubokunun yarımfinalında "Sivasspor"la oyunlarda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Samuel bu mövsüm çempionatda 22 oyuna çıxıb və bir məhsuldar ötürmə edib. "Fənərbaxça" Superliqada 31 oyundan sonra 68 xalla ikinci sıradadır.