- Offside
- 22:48 26.11.2024
Bu gün Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Konyaspor" Türkiyə Superliqasında 34-cü tur oyununda çıxacaq.
Corner.az xəbər verir ki, Konya təmsilçisi səfərdə "Alanyaspor"la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Artıq oyunun heyətləri açıqlanıb. Mahir Emrelinin adı start heyətdə yer alıb.
Qeyd edək ki, "Konyaspor" hazırda turnir cədvəlində 46 xalla (32 oyun) 8-ci, "Alanyaspor" isə 38 xalla (32 oyun) 10-cudur.
Türkiyə Superliqası, 34-cü tur
21:00. "Alanyaspor" - "Konyaspor"
Baş hakim: Çağdaş Altay
"Bahçeşehir Okulları Stadionu"