"Beşiktaş"da baş məşqçi Şenol Günəş və menecerlər həftə sonu oynanılacaq Adana Demir matçından sonra komandada bəxti gətirməyən futbolçuların vəziyyətini müzakirə etmək üçün bir araya gələcək.
Corner.az Türkiyə mediasına istinadən xəbər verir ki, iclasda ilk olaraq 4 ad müzakirə olunacaq:

Umut Meraş: 27 yaşlı futbolçunun müqaviləsi 2024-cü ildə başa çatacaq. Lakin Masuakunun çıxışından sonra Umutun şansları azalıb.

Atiba Hutçinson: 10 ildir "Beşiktaş"da çıxış edən 40 yaşlı kanadalı futbolçu yeni mövsüm planlarında yer almayıb. Atibanın texniki heyətdə yer alması çətin görünür.

Welinton: İdman direktoru Ceyhun Kazancının “Sağ ayaqlı müdafiəçi alacağıq” açıqlamasından sonra Sambacıya yeni müqavilə təklif ediləcəyi gözlənilmir, lakin son qərar rəhbərlik-Şenol Günəş zirvəsində veriləcək.

Alexandru Maxım: Liqadan çıxarılan Qaziantepdən icarəyə götürülmüş rumıniyalı oyunçu üçün klubun 2,5 milyon avroluq ifadə tələbi qalma ehtimalını azaldır.
Aytəkin Cəlali