- Offside
- 22:39 26.03.2026
Bu gün Bakıda Bədii gimnastika üzrə 39-cu Avropa çempionatına start veriləcək.
Corner.az-ın xəbərinə görə, “Ulduz kimi parla” şüarı ilə
keçiriləcək qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər
124) mübarizə aparacaq. Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər
lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər.
Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş
halqa, üç lent və iki top, gənclər arasında isə beş ip və beş top proqramında
güclərini sınayacaqlar.
Yarışda Azərbaycanı böyüklər arasında fərdi növdə Zöhrə
Ağamirova və İlona Zeynalova təmsil edəcəklər.
Qrup hərəkətləri proqramında isə böyüklər arasında xalça üzərinə
Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova,
Yelizaveta Luzan və Darya Sorokina çıxacaqlar. Gənclərin yarışında isə Gövhər
İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan
Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup komandamız mübarizəyə qoşulacaq.
Qeyd edək ki, çempionata mayın 21-də yekun vurulacaq.
Yarış iştirakçıları azarkeşlərə həyəcanlı emosiyalar bəxş edəcəklər.
Onlar Hollivud ab-havasında dizayn olunmuş, eyni üslublu dekorasiya elementləri
və işıq effektləri ilə tərtib edilmiş zalda sərilmiş qırmızı xalıdan keçərək
yarış meydançasına yol alacaq və peşəkar çıxışları ilə azarkeşlərin qəlbinə yol
tapmağa çalışacaqlar.
Çempionatın ən məzəli siması isə şübhəsiz ki, Avropa
Gimnastikasının maskotu - Luici adlı meymun olacaq. O, tamaşaçılara və
gimnastlara öz zarafatları, maraqlı proqramları ilə təbəssüm və pozitiv əhvali-ruhiyyə
bəxş edəcək.
Bu, ölkəmizin bədii gimnastika üzrə təşkil edəcəyi beşinci
Avropa çempionatı olacaq. Bakı 2007-ci, 2009-cu, 2014-cü və 2019-cu illərdə bu
növ üzrə qitə çempionatına ev sahibliyi edib.