- Offside
- 23:59 16.12.2025
Niderland Aykido Federasiyası ilə Azərbaycan Aykido Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanacaq.
Corner.az xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Beynəlxalq Aykido Federasiyasının sədri Vilko Vrismann mətbuat konfransında deyib.
O, həmçinin, Niderland Aykido Federasiyasının da rəhbəri olduğunu diqqətə çatdırıb.
Vrisman azərbaycanlı həmkarı İlham Quliyevlə bu idman növünün ölkədə inkişaf yolları barədə müzakirələr aparacaqlarını söyləyib.