- Offside
- 23:59 16.12.2025
Azərbaycanın qadın voleybolçusu Mariya Kirilyuk Rusiya
çempionatının “A” Yüksək Liqasında ikinci yeri tutub.
Corner.az xəbər verir ki, milli komandamızın üzvünün
formasını geyindiyi “Severyanka” klubu həmin yarışda çıxış edib.
Çerepoveç təmsilçisi son matçında “Lokomotiv-2” ilə
qarşılaşıb. Həmin oyunda 3:1 hesablı qələbə qazanan “Severyanka” “A” Yüksək
Liqanın gümüş medalına yiyələnib.
Qeyd edək ki, yarış dairəvi sistemlə keçirilib. İlkin mərhələni
birinci sırada tamamlayan “Severyanka” final raundunda qazandığı xallara görə
ikinci yeri tutub.