17 dekabr 2025. Çərşənbə

Nihat Kahveci: "Hər matçın sonunda İkardidən danışırıq"


  • Offside
  • 14:45 17.05.2023
  • Oxunma sayı: 144
Nihat Kahveci: "Hər matçın sonunda İkardidən danışırıq"

Spor Toto Super Liqanın 34-cü turunda "Qalatasaray" "İstanbulspor"la qarşılaşıb. Maraqlı keçən görüşdə “sarı-qırmızılılar” 2-0 hesabı ilə qalib gəlib. Qarşılaşmadan sonra sabiq futbolçu Nihat Kahveci oyunla bağlı fikirlərini bölüşüb.

 

Corner.az xəbər verir ki, kritik qarşılaşmada "Qalatasaray" Mauro İkardinin qolları ilə 2:0 hesabı ilə qalib gəlib. Nihat Kahveci İkardinin oyununu şərh edib:

"Qalatasarayın "İstanbulspor"dan xal qazanması hədəfə hesablanmış və uğurlu gediş oldu. Hər matçın sonunda İkardidən danışırıq. O, vurduğu qollarla xal qazanır, oyunlarda inanılmaz payı var.

 

İkardinin penaltisindən danışan Kahveci, ən yaxşı futbolçular arasında onun da adını çəkib:

"Muslera, Nelsson, Torreira... Türkiyənin ən yaxşıları Qalatasaraydadır. İkardi də işə çox ciddi yanaşdı. Qalatasaray siyahıda ona ən yaxın rəqibi ilə arasına 8 xallıq fərq qoydu. İndi rahat gözləyəcək. 3 matç qaldı”.

 

Nihat Kahveci "Qalatasaray"ın rekordlar qıraraq irəlilədiyini bildirib:

"Bu il ötən mövsümdən fərqli, çempionluğa gedən bir Qalatasaray var. Dursun başqandan Okan müəllim və futbolçularına qədər hər biri rekordlara imza ataraq irəliləyir”.


Şəfəq Samed







Offside