17 dekabr 2025. Çərşənbə

Basketbol Liqasının finalı bu tarixlərdə olacaq


  • Offside
  • 15:25 17.05.2023
  • Oxunma sayı: 91
Basketbol Liqasının finalı bu tarixlərdə olacaq
Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi müəyyənləşib 

Corner.az xəbər verir ki, 20 may tarixindən etibarən "Sabah" və "Gəncə" komandaları arasında baş tutacaq final seriyasının oyunlarına start veriləcək. İlk görüş 20 may saat 19:30 -da "Sərhədçi" İdman Mərkəzində baş tutacaq. Final seriyasında 2-ci oyun 22 may, 3-cü oyun isə 24 may saat 19:30 -da "Sərhədçi" İdman Mərkəzində oynanılacaq.

Reqlamentə əsasən super seriyada ən tez üç qələbə qazanmış kollektiv Azərbaycan Basketbol Liqasının çempionu olacaqdır.

Bundan əlavə, 19 may saat 19:30 -da "NTD" və "AAAF Xırdalan" komandaları arasında bir oyundan ibarət 3-cü yer uğrunda görüş baş tutacaqdır.






Offside