26 oktyabr 2024. Şənbə

"Mançester Yunayted"in transfer büdcəsi AÇIQLANDI


  • Offside
  • 18:55 17.05.2023
  • Oxunma sayı: 80
"Mançester Yunayted"in transfer büdcəsi AÇIQLANDI

“Mançester Yunayted”in yay transfer pəncərəsi üçün büdcəsi müəyyənləşib.

Corner.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. "Qırmızı şeytanlar" 2 və ya 3 oyunçu almağı hədəfləyiblər. 

Baş məşqçi Erik ten Haq əsasən yarımmüdafiə xəttinin gücləndirilməsinə ehtiyac duyur. Klub isə transferlər üçün 100-150 milyon funt-sterlinq ayıracaq.

Qeyd edək ki, "Mançester Yunayted" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 66 xalla 4-cüdür.







Offside