26 oktyabr 2024. Şənbə

"Sabah" "Sumqayıt"ı MƏĞLUB ETDİ


  • Offside
  • 21:32 17.05.2023
  • Oxunma sayı: 108
"Sabah" "Sumqayıt"ı MƏĞLUB ETDİ

Bu gün Misli Premyer Liqasında XXXIV tura yekun vurulub.

Corner.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.

“Sumqayıt” doğma meydanda “Sabah”la üz-üzə gəlib. Qonaqlar bu görüşdə darmadağına seviniblər.

Qeyd edək ki, bu turun əvvəlki oyunlarında “Zirə” “Kəpəz”lə, “Neftçi” də “Şamaxı” ilə oxşar hesablı (1:1) heç-heçəyə razılaşıbsa, “Qəbələ” “Turan Tovuz”a (1:2), “Səbail” “Qarabağ”a (0:3) məğlub olub.

“Sumqayıt”– “Sabah” 0:4
Qollar: Con İrasabal, 34. Davit Volkov, 44. Kristian da Silva, 45+1. Kristian Sebalyos, 72.
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Kamran Bayramov, Rauf Allahverdiyev.
“Kapital Bank Arena”, 19:30.

Misli Premyer Liqası
XXXIV tur
17 may







Offside