- Offside
- 22:48 26.11.2024
"Neftçi"nin sabiq futbolçusu Marian Aliuta kilsədə işə başlayıb.
Corner.az Report.az-a istinadən xəbər verir ki, o, həyatında baş verən problemlər səbəbindən bu addımı atdığını deyir:
"Bəzi çətinliklərim var idi. Tanrıya problemlərimi danışdım, o da məni bura çağırdı. Bunu hiss etdim və dərhal gəldim. Qısa zamanda hər şey öz axarına düşdü. Tanrıya sonsuz təşəkkürümü bildirirəm".
Qeyd edək ki, Marian Aliuta "Neftçi"də 2009/2010 mövsümündə çıxış edib.